Azərbaycanın “İstedadlı gənclər və gənc alimlər barəsində məlumat bankı ” layihəsi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il tarixli Sərəncamı əsasında qəbul edilən
“Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.1 “İstedadlı gənclər və gənc alimlər barəsində məlumat bankı” nın yaradılması”
bəndi bunun icrası ilə əlaqədardır.

Prezident İlham Əliyev: "Azərbaycan bölgənin elm mərkəzinə çevrilməlidir"

Azərbaycan Prezidenti İlham Əliyevin elmi sahələrin inkişaf strategiyası Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun uğurlu tətbiqindən ibarətdir. Məhz Ümummilli Lider nəzəriyyə və təcrübənin vəhdəti şəklində Azərbaycan elminin və alimlərinin fəaliyyətlərini hər zaman yüksək qiymətləndirmiş, bu sahənin daimi diqqətə və qayğıya ehtiyacı olduğunu dəfələrlə vurğulamışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 may 2013-cü ildə Şamaxı Astrofizika Rəsədxanasında əsaslı təmir və yenidənqurmadan sonra rəsədxanaya səfəri zamanı söylədiyi nitqdən:
“Mənim müvafiq sərəncamlarım olub. Elmin maddi-texniki bazasının möhkəmləndirilməsi, alimlərin fəaliyyətinin stimullaşdırılması üçün vacib addımlar atılıb. Elmin İnkişaf Fondu yaradılıb. Yəni, Azərbaycan dövləti çalışır ki, elmə ayrılan vəsait artsın və Azərbaycan elmi ölkəmizin uğurlu inkişafına maksimum dərəcədə xidmət göstərsin. İndi biz elmin ənənəvi və yeni istiqamətləri üzrə ciddi fəaliyyət göstəririk. Bu ilin fevral ayında artıq kosmik sənayenin təməlini qoyduq. Artıq bizim peykimiz orbitə çıxarılıbdır. Belə olan halda hesab edirəm ki, Azərbaycan bölgənin elm mərkəzinə çevrilməlidir. Artıq Azərbaycan bölgənin iqtisadi, siyasi mərkəzidir. İndi görürsünüz hər ay mötəbər siyasi tədbirlər keçirilir. Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir”.
“Biz əlavə nə lazımdırsa edəcəyik. Hesab edirəm ki, biz bu bazadan yeni layihələrin həyata keçirilməsi istiqamətində işimizi davam etdirəcəyik. Əlbəttə, elə etməliyik ki, elmə qoyulan vəsait elmin inkişafına xidmət göstərsin. Eyni zamanda, bunun praktiki nəticələri də olsun. İqtisadi inkişafımız və ümumiyyətlə, ölkəmizin hərtərəfli inkişafı üçün elmi praktiki addımlarla uzlaşdırmalıyıq. Daha doğrusu, bu uzlaşma vardır, gərək daha da səmərəli olsun. Dünyadakı ən qabaqcıl texnologiyalar Azərbaycanda olmalıdır. İndi dünya səviyyəsində olmasına baxmayaraq, hesab edirəm ki, rəsədxananın gələcək inkişafı istiqamətində əlavə addımlar atılmalıdır. Biz aparıcı rəsədxanaların səviyyəsinə qalxmışıq”, deyə prezident İlham Əliyev qeyd edib.